ÜST rəhbəri koronavirusudan sağalanları gözləyən uzunmüddətli nəticələr barədə xəbərdarlıq etdi
Bizi izləyin

Sağlamlıq

ÜST rəhbəri koronavirusudan sağalanları gözləyən uzunmüddətli nəticələr barədə xəbərdarlıq etdi

Dünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus koronavirus infeksiyasına yoluxanları gözləyən uzunmüddətli təsirləri barədə xəbərdarlıq edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, o, bu barədə brifinq zamanı danışıb.

“Zamanla dəyişən və tez-tez pisləşən çox sayda simptomlar var” , - Qebreyesus açıqlamasında qeyd edib.

ÜST rəhbərinin sözlərinə görə, bunlara yorğunluq, öskürək, tənəffüs çətinliyi, iltihab və ağciyər, ürək də daxil olmaqla, əsas orqanların zədələnməsi daxildir.

Bundan əvvəl Qebreyesus COVID-19-dan kütləvi immunitet fikrini tənqid etmişdi.

ÜST son bir həftə ərzində koronavirus xəstəliyində rekord artım qeydə alındığını da bildirilib.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm