İngiltərəli həkimlər koronavirusun ağır gedişatının səbəbini tapdı
Bizi izləyin

Sağlamlıq

İngiltərəli həkimlər koronavirusun ağır gedişatının səbəbini tapdı

D vitamini çatışmazlığı olanlar koronavirus infeksiyasını ağır keçirir.

Publika.az xəbər verir ki, bu barədə ingiltərəli alimlər məlumat verib. Alimlərin araşdırması “Express” qəzetində yayımlanıb.

“Vitamin D çatışmazlığı şiddətli koronavirus xəstəliyi üçün dominant risk faktorudur”, - tədqiqat müəlliflərindən Qaret Devis bildirib.

Həkimlər COVID-19-dan infeksiya və ölüm statistikasını araşdırıb və bu qənaətə gəlib ki, günəş şüalarının az olduğu bölgələrdə koronavirus ağırlaşması halları daha tez-tez qeydə alınır. Bu da D vitamini çatışmazlığı ilə ələqəlidir. Həkimlərin fikrincə, D vitamini orqanizmi infeksiyadan qoruduğundan immunitet üçün çox vacibdir. Yeni tip virus ACE2 zülalını tükəndirir, immun sistemi çox şiddətli reaksiya verdikdə və bədən toxumalarına zərər verən nəzarətsiz iltihaba səbəb olduqda sitokin fırtınasına səbəb olur. Lakin kifayət qədər vitamin səviyyəsi bunun baş verməsinin qarşısını ala bilər.

Buna baxmayaraq, mütəxəssislər araşdırmalar aparmağın lazım olduğunu qeyd edib.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm