Koronavirusa görə karantin məhdudiyyətləri BU TARİXDƏ LƏĞV EDİLƏCƏK
Bizi izləyin

Sağlamlıq

Koronavirusa görə karantin məhdudiyyətləri BU TARİXDƏ LƏĞV EDİLƏCƏK

Koronavirusun əhali arasında yayılma təhlükəsi səbəbindən müxtəlif ölkələrdə tətbiq olunan məhdudiyyətlər dünyada 2021-ci ilin ortalarına qədər aradan qaldırılmayacaq.

Publika.az xəbər verir ki, bu barədə Oksford Ekonomiks analitik şirkətinin mütəxəssisləri proqnoz verib.

Bildirilib ki, iqtisadi genişləmə ümumi vaksinasiyadan və COVID-19-a qarşı insan immunitetindən asılıdır: “Hərtərəfli peyvənd proqramının həyata keçirilməsi aylarla davam edəcək, bu da onu təsdiqləyir ki, pandemiya ilə bağlı məhdudiyyətlərin tədricən aradan qaldırılması prosesi dünyada yalnız 2021-ci ilin ortalarında başlayacaq”.

Xatırladaq ki, koronavirus infeksiyası riskini azaltmaq üçün vətəndaşlar sadə qaydalara riayət etməlidirlər: maskalar taxın, əllərinizi yaxşıca yuyun və sosial məsafəni qoruyun. Simptomlar ortaya çıxsa, həkimə müraciət edin.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm