Maska yaxın vaxtlarda həyatımızdan çıxacaq - Nazir MÜJDƏNİ VERDİ
Bizi izləyin

Sağlamlıq

Maska yaxın vaxtlarda həyatımızdan çıxacaq - Nazir MÜJDƏNİ VERDİ

Maskaların yaxın zamanlarda həyatımızdan çıxacağı müjdəsini verən Türkiyə Səhiyyə naziri Fahrettin Koca peyvənd tədqiqatlarının sürətlə irəlilədiyini qeyd edib.

Publika.az xəbər verir ki, nazir bu barədə sosial şəbəkədə məlumat yayıb.

Ümidverici bir açıqlama ilə çıxış edən nazir sözlərinə belə ifadə edib:

“Sərbəst nəfəs ala bildiyimiz günlər üçün darıxırıq. Maska ən yaxın zamanda həyatımızdan çıxacaq. Peyvənd işlərində çox böyük irəliləyişlər var. Nəticəni gözləyək. Evimizdən kənar hər yerdə maskamızı düzgün istifadə edək. Səbriniz üçün təşəkkür edirəm”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm