Siqaret tüstüsü virusun yayılmasını 4 dəfə artırır
Bizi izləyin

Sağlamlıq

Siqaret tüstüsü virusun yayılmasını 4 dəfə artırır

İnsanların sıx olduğu yerlərdə siqaret çəkmək virusun yayılma sürətini 4 dəfə artırır.

Publika.az xəbər verir ki, bu barədə türkiyəli alimlər araşdırma aparıb.

Siqaret çəkmə həm maskasızlıq müddətini uzadır, həm də xəstəliyin tüstü ilə yayılmasına səbəb olur. Bu səbəbdən Türkiyənin izdihamlı küçələrində və avtobus dayanacaqlarında koronavirusun yayılmasını azaltmaq üçün siqaret çəkmək qadağan edilib.

Mütəxəssislərin fikrincə, bu, tütün asılılığından qurtulmaq üçün əla fürsətdir.

Ağciyər xəstəlikləri üzrə mütəxəssis Nesrin Öcal yoluxmuş insanın siqaret çəkərkən ətrafa yaya biləcəyi infeksiya riskini aradan qaldırmaq üçün siqareti tərgitməyin vaxtının gəldiyini bildirib.

“Ağciyər xəstəliyi olan və siqaret çəkənlərdə bu xəstəliyin daha şiddətli olduğunu görürük”, deyən N.Öcal siqaret çəkmənin immunitet sistemini zəiflətdiyi kimi, virusun ağciyərdə qalmasını da artırdığını vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm