Koronavirusun gənclər üçün təhlükəsi: Sağalandan 4 ay sonra...
Bizi izləyin

Sağlamlıq

Koronavirusun gənclər üçün təhlükəsi: Sağalandan 4 ay sonra...

Koronavirus infeksiyasının uzunmüddətli gedişatı müxtəlif orqanlara təsir göstərir.

Publika.az xəbər verir ki, bu, ingilis alimlərin fikridir və onların araşdırmalarının nəticələri “MedRxiv.org” portalında yayımlanıb.

Mütəxəssislər xəstəliyin uzunmüddətli gedişatının aşağı riskli insanların orqanizminə təsirini araşdırıblar. Sağalandan 4 ay sonra gənclərdə ürək və ya mədəaltı vəzin zədələnməsi aşkar edilib. Bundan əlavə, xəstəlik böyrəklərin, qaraciyərin və dalağın işini pozur, bir neçə aydan sonra bəzi xəstələrdə təngənəfəslik, əzələ sancıları və baş ağrıları meydana gəlir.

“Eyni zamanda, bu cür zərərin qalıcı olub-olmadığını müəyyənləşdirmək hazırda mümkün deyil. Bu, yalnız bir müddət sonra bəlli olacaq”, - mütəxəssislər qeyd edib.

Gənclərə idmanla məşğul olmaq və xəstəlikdən sonra arıqlamaq tövsiyə olunur. Bədən kütləsi indeksi yüksək olan insanların orqanının zərər görmə riskinin daha çox olduğu qeyd edilir.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm