Sağlamlıq
Tanınmış həkim: "Uşaqlarda koronavirusun çox ağır keçməsi…"
"Uşaqlarda COVID-19 infeksiyasının yüngül keçməsi fikri əvvəlki statistik göstəricilərə görə idi. Əvvəlki statistikaya görə, 18 yaşdan kiçik xəstələr ümumi xəstə sayının 2%-ni təşkil edirdi. Onların da 6%-i xəstəxanalıq olurdu. Amma bu ilin aprel ayından uşaqlarda koronavirusun çox ağır keçməsi, Kavasaki xəstəliyinə bənzər xarakteristikada rast gəlinməsi barədə məlumatlar yayıldı. Bu cür ağır gedişli COVID-19 infeksiyası uşaqlarda təzəlikcə MİS-C adlandırıldı. Yəni "multisystem inflammatory syndrome in children"".
Publika.az xəbər verir ki, bu sözləri anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib. Həkim bildirib ki, MİS-C-nin diaqnostik kriteriyaları aşağıdakılardır:
1) Davamlı 38-dən çox qızdırma
2) Laborator olaraq iltihab əlamətləri
3) Klinik ağır gedişli xəstəlik- xəstəxanaya gətirməyə məcbur olmaq
4) Multisistem- yəni 2-dən artıq orqanın funksiyasında pozulma
5) COVID-19 testi ya müsbətdir, ya da təzəlikcə koronavirusa görə müalicə alıb
6) Xəstəliyi başqa patologiya ilə izah edə bilməmək
İngiltərədə aparılmış tədqiqat nəticəsində məlum olub ki, bütün MİS-C uşaqlarda
Qızdırma 100%
Qarında ağrı 31%
Diareya 52%
Dəridə səpki 52%
Qusma 26%
Limfa düyünləri cəlbi 16%
Əl və ayaqların ödemləşməsi 16% rast gəlinib.
Koronalı uşaqlarda Mis-C-nin altda yatan səbəbi hələ ki, tam məlum deyil, amma immun sisteminin qüsurlu olması düşünülür. PCR testi neqativ olduğu halda bəzi uşaqlarda qanda seroloji testin + olması da qüsurlu immunitet ilə izah edilir.
MİS-C-li uşaqlar intravenoz immunoqlobulin, aspirin, kortikosteroidlər və immunmodulyatorlarla müalicə edilir. Baxmayaraq ki, bu müalicə çox vaxt effekt verir, amma həkimlərə xəstələrin yarısında şokun inkişafı, intensiv terapiya və inotrop (təzyiq qaldıran dərmanlar) dəstəyinə ehtiyac ola bilməsi xəbərdarlığı edilir.
Aytən Məftun
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!
-
Hadisə24 Aprel 21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin124 Aprel 21:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial24 Aprel 19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ24 Aprel 19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika24 Aprel 18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə24 Aprel 18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO