Tanınmış həkimdən normal həyata qayıtmağın yolları
Bizi izləyin

Sağlamlıq

Tanınmış həkimdən normal həyata qayıtmağın yolları

“Rəsmi rəqəmlərə görə hər gün orta hesabla 25-27 nəfər koronavirusdan dünyasını dəyişir və rəqəmlər artan istiqamətdə gedir. Hər bir insan özünü virusla müharibədə hiss etməlidir. İnsanlar bir olsa, aramızda məsuliyyətsiz, bivec, xain, satqın olmasa, virusla müharibədə də qalib gələcəyik. Bu müharibədə komandirlər həkimlərdir. Odur ki, dediklərimə qulaq asın”.

Publika.az xəbər verir ki, bu sözləri tanınmış həkim, anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib.

“Evinizə, ailənizə COVID virusunu gətirən ilk insan siz olmayın. Durun gedin aptekə və hər ailə üzvünə N95 maska və əl dezinfektantı alın. Hər dəfə evdən çıxanda maskanızı taxın və bir də evə qayıdanda çıxarın. Mümkünsə evdən az hallarda çıxın və virus daşıyıcıları ilə kontaktdan qaçaraq evə- sığınacağınıza, səngərinizə tez qayıdın. Əlləri sabunla yuduqdan sonra maskanı çıxarıb ya atın, ya da bacarırsınızsa, təkrar istifadə üçün spirtlə dezinfeksiya edin. Virusla müharibədə ən öldürücü silahlar sabun və spirtdir. Bunları aldıqdan sonra özünüzü silahlı qüvvələrin xüsusi təyinatlısı kimi hiss edə bilərsiniz. Birlik nümayiş etdirərək hər kəsi məlumatlandırın, məsələn bu fikirləri hər yerdə paylaşın”, - həkim qeyd edib.

O bildirib ki, ev şəraitində ağır COVID-19 xəstəsinin müalicəsi mümkün deyil:

“Evə siz dərmanları, oksigen balonunu tapıb çətinliklə də olsa ala bilərsiniz. Həkim və tibb bacıları çətin də olsa gətirə bilərsiniz. Amma müasir laboratoriyanı, süni tənəffüs aparatını, KT, rentgeni, arterial qan qazı analizatorunu və bu işi bilən 3 növbə reanimatoloji briqadanı, lazım olsa digər ixtisasdan olan həkimləri və s. gətirə bilməzsiniz. Yüngül xəstələr üçün isə terapevt və infeksionistlərə müraciət edin. Normal həyat uğrunda döyüşdə hamıya uğurlar!”

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm