Qışda əlləri tez-tez dezinfeksiya etmək daha zərərlidir - XƏBƏRDARLIQ
Bizi izləyin

Sağlamlıq

Qışda əlləri tez-tez dezinfeksiya etmək daha zərərlidir - XƏBƏRDARLIQ

Həkim-dermatoloq Aleksey Yedemski "Sputnik" radiosuna müsahibəsində dezinfeksiyaedici maddələrdən istifadə zamanı əllərə qulluq barədə danışıb.

Publika.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, koronavirus pandemiyası səbəbindən əllərimizi tez-tez yumağımız və antiseptik vasitələrlə dezinfeksiya etməyimiz qış aylarında əllərin dərisinə daha çox ziyan vura bilər.

"İnsan dərisi özünü yeniləməyə qadirdir, ancaq kəskin qoruyucu məhlullardan tez-tez istifadə buna imkan vermir", – deyə mütəxəssis qeyd edib.

Bununla belə, dermatoloq pandemiya dövründə dezinfeksiyaedici maddələrdən uzaq durmağı məsləhət görmür. O, əllərin dərisini qorumaq üçün vaxtaşırı əl kremlərindən istifadəni tövsiyə edir.

"İlk növbədə emolent tipli qoruyucu kremlərdən istifadə etmək lazımdır. Belə məhsullar dərini müdafiə edərək nəmin buxarlanmasının qarşısını alır ", – deyə həkim bildirib.

Bir qədər bundan əvvəl Rusiyanın Burdenko adına Elmi Tədqiqat İnstitutunun əməkdaşı, tibb elmləri doktoru Olqa Yerşova bildirmişdi ki, əllərin antiseptik vasitələrlə dezinfeksiya olunması dermatit xəstəliyinin yaranmasına yol aça bilər. O qeyd etmişdi ki, tibb işçiləri belə hallarla çox qarşılaşır və bunun nəticəsi kifayət qədər ciddi ola bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm