Koronavirusdan sağalan Rəşad Mahmudovdan XƏBƏRDARLIQ: 3 MÜHÜM MƏQAM
Bizi izləyin

Sağlamlıq

Koronavirusdan sağalan Rəşad Mahmudovdan XƏBƏRDARLIQ: 3 MÜHÜM MƏQAM

Allahın izni və sizin dualarınızla sağaldım. Ağciyər tutulması ilə evdə sadəcə doğru dərman - ağızdan antiviral tabletka, vitamin C, parasetamol qəbulu və yataq istirahəti ilə müalicə olundum. Arzum odur ki, qripə yoluxmayın, amma yoluxmaqdan da qətiyyən qorxmayın. Onu da diqqətinizə çatdırmaq istəyirəm ki, bu gün dünyamızda, eləcə də ölkəmizdə COVID-19 müalicəsində ən əsas 3 təhlükəli vəziyyət hökm sürür.

Publika.az xəbər verir ki, bu sözləri millət vəkili, ürək-damar cərrahı, tibb üzrə elmlər doktoru, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası idarə heyətinin sədri Rəşad Mahmudov deyib.

Artıq sağaldığını diqqətə çatdıran həkim daha sonra qeyd edib ki, aşağıdakı üç vacib məqamı dərk edib ona riayət edən cəmiyyətlər bu pandemiya ilə mübarizədə minimum itki ilə vəziyyətdən çıxacaq:

1. Kontrol edilməyən qorxu və stress;

2. Oksigen saturasiyası 90 faizin altına düşmədən sadəcə qripal semptomlara görə insanların xəstəxanaya yerləşdirilməsi üçün axın etməsi;

3. Antiviral preparatların vaxtında qəbul edilməməsi və ya onların yerinə lazımsız (antibiotik) və təhlükəli (deksametazon) preparatların ilk günlərdə qəbul edilməyə başlanılması.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm