Sağlamlıq
Koronavirusdan sonra hansı hallarda ağciyərlər sağalmır?
Koronavirus infeksiyası ciyərlərin zədələnməsinə və iltihabına səbəb olur. Onun bərpası üçün uzun müddət lazımdır.
Publika.az xəbər xəbər verir ki, bu barədə rusiyalı pulmonoloq Aleksandr Karabinenko danışıb. Həkim ağciyər zədələnmələrinin bəzi hallarda sağalmadığını bildirib:
“Həkimlər sətəlcəmi müalicə edə bilər, lakin pasient xəstəxanadan çıxdıqdan sonra bunun nəticələri ilə mübarizə aparmaq məcburiyyətində qalacaq. İltihablı xəstəliklərdən sonra ağciyərlərdə geniş fibrotik dəyişiklik zonası qalır. Bu, xüsusilə koronavirus və ya qrip sətəlcəmi üçün xasdır. Öskürək və təngənəfəslik 1,5 aya qədər və daha çox qala bilər.
Bədənimizdə yeniləmə prosesi var, bəzi hüceyrələr öldükdə digərləri yaranır və ağciyərlərin quruluşu bərpa olunur, ancaq bəzi hallarda bu, tamamilə baş vermir. Siqaret çəkməyin, xüsusilə xəstəlikdən dərhal sonra ağciyərin bərpası prosesi üçün bu, olduqca zərərlidir. Əgər siqaret çəkirsinizsə, ağciyərlər heç vaxt ağır sətəlcəmdən və ya koronavirusdan sağalmayacaq. Bundan sonra siqaret çəkmək sadəcə “yavaş intihar”dır. Siqareti atsanız, ağciyərlər özləri bərpa olunacaqlar. Bu proses hər kəs üçün fərqlidir. Orta hesabla ağciyərin sağalması prosesi immunitetin vəziyyətindən və insanın fiziki formasından asılı olaraq üç aydan bir ilə qədər davam edir”.
Aytən Məftun
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək