Həkimdən koronavirusla bağlı ÇOX VACİB TÖVSİYƏLƏR: Belə geyinməyin!
Bizi izləyin

Sağlamlıq

Həkimdən koronavirusla bağlı ÇOX VACİB TÖVSİYƏLƏR: Belə geyinməyin!

Anestezioloq-reanimatoloq Şahin Məmmədov koronavirusu yüngül keçirən xəstələrin ciddi müalicəyə ehtiyacı olmadığını bildirib.

Publika.az xəbər verir ki, həkim xəstələrə xüsusilə qalın geyinməməyi tövsiyə edib.

“Əgər çox müddət keçməyibsə, ya boğazı 3%-li perekslə (yarı-yarıya su ilə durulaşdırın) qarqara edin, ya da pereks buxarları ilə yarım saat nəfəs alın (nebulayzerlə). Bundan başqa vitamin D, C, sink, selen qəbul edin. Özünüzü soyuqdan qoruyun. Amma tank kimi geyinib özünüzü tərlətməyin. Zərərli vərdişləri dayandırın.

Gecə yatmazdan əvvəl 1 tablet melatonin için, möhkəm yatın. Yuxu çox önəmlidir. Gündüzlər isə istirahətinizə və qidalanmanıza fikir verin, stressdən qaçın, musiqilərə qulaq asın. Bütün bunlar immunitetinizin zəifləməsinin qarşısını almaq üçündür.

Virusu simptomsuz, ya da presimptomatik keçirirsinizsə, bol maye qəbul edin. Az ehtimalla kimisə yoluxdura bilərsiniz. Müalicədə antibiotikə, antivirusa, antikoaqulyanta və s. ehtiyac yoxdur. Tək siz yox, 81% xəstənin xüsusi müalicəyə ehtiyacı yoxdur. Halınızda mənfi dəyişiklik olarsa, başqa dərmanlara ehtiyac ola bilər. Əgər siz tələsib antibiotik qəbul etsəniz, bütün ardıcıllığı alt-üst edəcəksiniz və sizə həqiqətən antibiotik lazım olan vaxt onlar kömək etməyəcək”, - Şahin Məmmədov qeyd edib.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm