Sağlamlıq
Ömrü 10 il uzadan 4 SADƏ VƏRDİŞ
Ömrü çox sadə üsulla on il uzatmaq mümkündür.
Publika.az xəbər verir ki, amerikalı alimlər apardıqları bir sıra araşdırmalarının nəticələrində bu qənaətə gəlib.
Araşdırmaların nəticələri “Express Amerika” qəzetində yayımlanıb. Bildirilib ki, bunun üçün birincisi, Aralıq dənizi də daxil olmaqla, daha müxtəlif pəhrizlərə üstünlük vermək vacibdir.
Aralıq dənizi pəhrizi tərəvəz, meyvə və dənli bitkilərlə zəngindir, bu da xərçəng, metabolik sindrom, ürək və beyin xəstəlikləri riskini azaltmağa kömək edə bilər.
Həm də yaxşı əhval-ruhiyyə yaratdığı üçün ömür uzunanır. Tədqiqat göstərib ki, daha xoşbəxt insanlarda erkən ölüm ehtimalı 3.7 % azdır və bu cür insanlar özünü bədbəxt hiss edən insanlardan 18% daha çox yaşayırlar.
Üçüncüsü, həyat eşqini artıran hobbi və məşğuliyyət tapmaq vacibdir. Bunlara yaradıcılıq işi, könüllülük, heyvanlarla qarşılıqlı ünsiyyət, idman və meditasiya daxildir.
Ancaq siqaret və alkoqoldan imtina etmək daha yaxşıdır. Alkoqoldan sui-istifadə qaraciyər, ürək və pankreas xəstəliklərinə səbəb olur. Orta dərəcədə alkoqol istifadəsi erkən ölüm ehtimalını 17-18 % azaldır, siqaret isə həyatınızın ən azı on ilini sizdən ala bilər.
Aytən Məftun
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?