Peyvəndlərlə gələcək daha parlaq görünür - ÜST
Bizi izləyin

Sağlamlıq

Peyvəndlərlə gələcək daha parlaq görünür - ÜST

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə direktoru Dr. Hans Kluge yeni növ koronavirus (Covid-19) üçün 50-dən çox peyvəndin insanlar üzərində sınaqdan keçirildiyini bildirib.

Publika.az xəbər verir ki, alim gələcəkdə 200-dən çox COVID-19 peyvəndinin hazırlanacağını da bildirib. Daha çox peyvənd hazırlanması gələcəyə dair daha parlaq ümidlər vəd edir. O, bildirib ki, son 3 həftədəki azalmaya baxmayaraq, dünyada mövcud olan COVID-19 hadisələrinin 40 faizi Avropa qitəsində qeydə alınıb.

“Yalnızca noyabrda 4 milyondan çox yoluxma olub. Peyvənd tədqiqatlarının uğurla başa çatması üçün işlər davam etdirilir, lakin cəmiyyətlər tərəfindən də qəbul edilməsi vacibdir. Peyvəndlər nə qədər çox olarsa, uğur qazanmaq şansları bir o qədər artır. Vaksinlər digər tədbirlər ilə birlikdə pandemiyanın kəskin mərhələsinə son qoyacaq və mümkün olan iqtisadiyyatları bərpa edəcək. Amma açıq şəkildə bildirməliyəm ki, peyvəndlərin tətbiqinə bu gün başlanılmayıb. Odur ki, maska taxmaq kimi əsas qoruyucu tədbirləri tətbiq etməyə davam etməyimiz lazımdır” , -o, bildirib.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm