Koronavirusa qarşı hansı dərmanlar alınmalıdır?
Bizi izləyin

Sağlamlıq

Koronavirusa qarşı hansı dərmanlar alınmalıdır?

Rusiya Xalqlar Dostluğu Universitetinin Ümumi və Kliniki Farmakologiya şöbəsinin müdiri, professor Sergey Zıryanov koronavirus pandemiyası zamanı hansı dərmanların faydalı olduğunu açıqlayıb.

Publika.az xəbər verir ki, ekspert hər şeydən əvvəl antipiretik (bədənin hərarətini azaldan) dərmanlar almağı tövsiyə edib.

"Ən yaxşısı parasetamoldur. Çünki ibuprofen COVID-19-da bərpaedici xüsusiyyətə malik deyil. Burun damcıları da ala bilərsiniz" - Zıryanov verdiyi müsahibədə deyib.

Mütəxəssis insanları antibiotik almamağa çağırıb. O bildirib ki, dərmanı peşəkar həkim təyin etməlidir. Zıryanov əlavə edib ki, antiviral dərmanların istifadəsi yalnız həkim nəzarəti altında mümkündür, çünki arzuolunmaz reaksiyaları var.

Professorun sözlərinə görə, D vitaminindən sui-istifadə etməməlisiniz. Çünki artıq miqdarı damar zədələnməsinə, böyrək çatışmazlığına və digər problemlərə səbəb ola bilər.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm