Xəstə olmayanlar belə risk altındadır
Bizi izləyin

Sağlamlıq

Xəstə olmayanlar belə risk altındadır

Koronavirus pandemiyasının nəticələrindən biri də ciddi yuxu problemlərinə səbəb olan depressiyadır.

Publika.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə həkim, Rusiya Somnoloqlar Cəmiyyətinin rəhbəri Roman Buzunov danışıb.

“Uzunmüddətli stressli vəziyyətdəyik, bütün əhali praktik olaraq stress altındadır. Koronavirus infeksiyası pandemiyası fonunda yuxusuzluq problemimiz var. Üstəlik belə problemlər COVID-19-a yoluxmayanlarda da görünə bilər. Bu, gündəlik rejimin pozulması və fiziki aktivliyin azalması ilə əlaqəlidir.

Bundan əlavə, yuxusuzluq panik atak nəticəsində meydana gələ, mədə yanması və yuxu zamanı tənəffüsün dayanması (apne) isə yatmazdan əvvəl telefon istifadə etmək nəticəsində ortaya çıxa bilər”, - Buzunov “Rusiya-1” telekanalının efirində qonaq olarkən deyib.

Özünüzü normal vəziyyətə gətirmək üçün həkim rejim qurmağı, fiziki fəaliyyət əlavə etməyi, günortadan sonra kofein qəbulunu məhdudlaşdırmağı və lazımsız xəbər yükündən imtina etməyi məsləhət görür.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm