Sağlamlıq
“Sinovac” peyvəndi əksər ölkələr üçün daha əlverişlidir
Bir çox ölkənin COVID-19 əleyhinə peyvənd istehsal etmək üçün qlobal yarışa çıxdığı bir vaxtda, Çin özünün COVID-19-a qarşı hazırladığı uğurlu vaksinlərindən biri olan “Sinovac” vaksinini artıq xaric ölkələrə təqdim etmək istiqamətində böyük addımlar atır.
Publika.az BBC-yə istinadla xəbər verir ki, Pekində yerləşən “Sinovac Biotech” şirkətinin hazırladığı COVID-19 peyvəndi kütləvi peyvənd kampaniyası keçirməyə hazırlaşan İndoneziyaya gətirilib və yanvar ayına qədər bu ölkəyə 1.8 milyon doza əlavə vaksin də göndərilməsi nəzərdə tutulur.
Ancaq adıçəkilən vaksinin yoxlanılması üçün hələ son mərhələdəki sınaqlar bitmədiyi dövrdə belə bir sual ortaya çıxır: Çinin COVID-19 əleyhinə bu vaksini haqqında nələri bilirik?
BBC-nin yazısında bildirilir ki, “Sinovac” vaksini təsirsiz hala gətirilmiş peyvənddir. Onun hazırlanmasında orqanizmdə ciddi xəstəliyə və ya əks-təsirə səbəb olmadan, bədənin immunitet sistemini virusa məruz qoymaq üçün öldürülmüş virus hissəciklərindən istifadə olunub.
Nanyanq Texnoloji Universitetinin tədqiqatçısı Luo Dahai BBC-yə müsahibəsində bildirib ki, "Sinovac" vaksini digər bir sıra xəstəliklərə qarşı da uğurla istifadə olunan peyvəndlərdən biridir.
Vurğulanır ki, "Sinovac" vaksininin əsas üstünlüklərindən biri onun adi soyuducuda 2-8 dərəcə temperaturda saxlanıla bilməsidir. “Sinovac” peyvəndinin əksər ölkələr üçün daha əlverişli olduğu qeyd edilir.
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu