Təlim itləri koronaviruslu xəstələri aşkarladı - BÖYÜK YENİLİK
Bizi izləyin

Sağlamlıq

Təlim itləri koronaviruslu xəstələri aşkarladı - BÖYÜK YENİLİK

Axtarış-xilasetmə üzrə təlim keçmiş itlər tər qoxusundan COVİD-19 xəstəliyini təsbit edib.

Publika.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Fransa və Livandan olan araşdırmaçılar COVİD-19 test nəticəsi pozitiv çıxan 97, neqativ çıxan 82 nəfərdən tər nümunələri götürüb. Daha sonra nümunələrdən bəziləri 14 təlim keçmiş itin qatıldığı sınaqlarda istifadə olunub.

İtlər 76-100% arasında uğurlu nəticə verib. 2 it isə 68 saat ərzində 100% uğurlu nəticə göstərib.

İtlər test nəticəsi neqativ çıxan 2 nəfərin tər nümunələrinə də reaksiya verib. Bu şəxslər yenidən testdən keçirilib və nəticə pozitiv çıxıb.

Araşdırma məqaləsi “PLOS One” dərgisində yayımlanıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm