İlin əsas elmi kəşfi açıqlandı
Bizi izləyin

Sağlamlıq

İlin əsas elmi kəşfi açıqlandı

“Science” jurnalı Moderna və Pfizer-BioNTech RNT peyvəndlərinin yaradılmasını 2020-ci ildə elmi aləmdə əsas kəşf adlandırıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə nəşrin saytında məlumat yayılıb.

“Yaxşı bilirdik ki, əsas elmi kəşf bu və ya digər şəkildə mütləq COVID-19 ilə əlaqəli olacaq. Son həftələrdə koronavirus infeksiyasına qarşı ən yüksək təsirli serumların bu şərəfə layiq görüləcəyi aydın oldu” , - elmi jurnalın baş redaktoru Qolden Torp bildirib.

Xatırladaq ki, Çində virusun yayılması səbəbindən Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 pandemiyası elan etdi. İnfeksiya bütün dünyaya sürətlə yayıldı, bir çox ölkə xəstəliyin yayılmasının qarşısını almaq üçün sərhədlərini bağlamağa qərar verdi. Ümumilikdə, planetdə bu günə qədər 80 milyondan çox insan COVID-19 infeksiyasına yoluxub.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm