Baş infeksionist: Dövlət hesabına vaksinasiya əhəmiyyətli dönüşə gətirib çıxaracaq
Bizi izləyin

Sağlamlıq

Baş infeksionist: Dövlət hesabına vaksinasiya əhəmiyyətli dönüşə gətirib çıxaracaq

Azərbaycan hökumətinin pandemiya ilə mübarizə tədbirləri kifayət qədər effektiv oldu. Bu mübarizədə dövlətimiz tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının bütün tövsiyələrini nəzərə alınıb, eyni zamanda ayrı-ayrı ölkələrin də təcrübəsi təhlil edilərək milli strategiya hazırlanaraq həyata keçirilib.

Bu sözləri Publika.az-a açıqlamasında Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

İnfeksionist qeyd edib ki, Operativ Qərargahın yaradılması ilə fərqli qurumların vahid mərkəzdən idarə olunması, lazımı tibbi və digər təchizatların, dərman vasitələrinin respublikaya gətirilməsi və qısa vaxt ərzində yerli istehsalının təmin olunması, çarpayı fondunun operativ artırılması, modul tipli mərkəzlərin yaradılması, müasir molekulyar diaqnostik laboratoriyaların həm paytaxtda, həm də bölgələrdə qurulması, kadr hazırlığının təmin edilməsi, müxtəlif ölkələrdən yerli həkimlərə kömək məqsədilə əcnəbi həkim heyətlərinin dəvət olunması, əhalinin həssas qruplarının qripə qarşı pulsuz peyvəndlənməsinin həyata keçirilməsi, evdə müalicə olunan xəstələrin pulsuz dərman preparatları ilə təmin edilməsi, epidemioloji durumun daim izlənərək vaxtında adekvat qərarların verilməsi, vətəndaşlarımızın kütləvi informasiya vasitələrinın köməkliyi ilə tibbi maarifləndirilməsinin təşkili və digər bir sıra əhəmiyyətli tədbirlər bu strategiyanın tibbi aspektlərindəndir.

“Dövlət başçısı tərəfindən iqtisadi itkilərə baxmayaraq, vətandaşlarımızın sağlamlığının qorunması məsələsinin prioritet olaması elan olundu. Bütün bunlar pandemiya ilə mübarizədən daha az itkilərlə çıxmağa imkan verdi. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə ölkəmizin həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirib. Digər ölkələrlə müqayisədə pandemiya dövründə yoluxma sayının, infeksiyadan ölüm səviyyəsinin aşağı olması, səhiyyənin dayanıqlılığının təmin olunması və digər göstəricilər əhəmiyyətli nailiyyətlərdən hesab olunmalıdır. Yeni koronavirus infeksiyası ilə mübarizə bu gün də yüksək səviyyədə davam etdirilir və güman edirəm ki, tezliklə infeksiyaya qarşı effektiv və təhlükəsiz peynədlərin ölkəyə gətirilərək mərhələlərlə müxtəlif əhali qruplarının könüllülük prinsipi əsasında dövlət hesabına vaksinasiyası bu mübarizədə əhəmiyyətli dönüşə gətirib çıxaracaq” , - ekspert əlavə edib.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm