Peyvənd 6 həftə ərzində... - Professordan mutasiya açıqlaması
Bizi izləyin

Sağlamlıq

Peyvənd 6 həftə ərzində... - Professordan mutasiya açıqlaması

“BioNTech” dərman şirkətinin baş meneceri, professor Uğur Şahin İngiltərənin cənub-şərqində daha sürətli yayılan COVID-19-un yeni mutasiyasına qarşı 6 həftə ərzində peyvənd hazırlanacağını deyib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “BioNTech” qurucuları Uğur Şahin, Özlem Türeci və şirkətin maliyyə direktoru Şon Mərit yeni koronavirus növünə qarşı inkişaf etdirdikləri peyvənddəki son vəziyyətlə əlaqədar mətbuat konfransı keçirib. Professor konfransda bildirib ki, hazırladıqları peyvəndin İngiltərədə ortaya çıxan və daha sürətli yayılan virusun yeni tipinə qarşı qorunma təmin edib-etmədiyi məlum deyil.

“Peyvəndin təsirli olacağına inanıram. Bunun üçün elmi əsaslarımız var. Ancaq bunu yalnız təcrübə edildiyi təqdirdə biləcəyik və məlumatlar üçün 2 həftəyə ehtiyacımız olacaq. Peyvəndimizin təsir göstərmə ehtimalı nisbətən yüksəkdir. Həm də 6 həftə ərzində virusun mutasiyasına qarşı yeni peyvənd inkişaf etdirə bilərik”, - alim qeyd edib.

“BioNTech”in maliyyə direktoru Şon Mərit isə ABŞ əczaçılıq şirkəti “Pfizer” ilə birlikdə hazırlanan “BioNTech” peyvəndinin İngiltərə, ABŞ və Avropa İttifaqı ölkələri də daxil olmaqla 45-dən çox ölkədə istifadə üçün təsdiqləndiyini bildirib. O, COVID-19 peyvəndinin sabah səhərdən etibarən Avropadakı anbarlardan paylanmağa başlayacağını və 5 gün ərzində Aİ ölkələrinə çatdırılacağını vurğulayıb.

“BioNTech” inkişaf etdirilmiş koronavirus peyvəndinin Aİ ölkələrində “Comirnaty” adı altında satışa çıxarılacağını açıqlayıb.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm