COVID-19 vaksini təhlükəlidir? - Türkiyəli professor AÇIQLADI
Bizi izləyin

Sağlamlıq

COVID-19 vaksini təhlükəlidir? - Türkiyəli professor AÇIQLADI

“Peyvənd olunmamaq etibarlı deyil. Vaksinlə əlaqəli risklər çox azdır, gözə alına biləcək risklərdir. Ancaq hazırda xəstəliyə yoluxmaq və ölüm riski daha çoxdur”.

Publika.az xəbər verir ki, bunu Türkiyədə Elmi Komitənin üzvü professor Tevfik Özlü deyib.

Vaksinasiya ilə bağlı tərəddüdlərin anlaşılan olduğunu söyləyən professor vaksin vurulduqdan sonra insanların daha rahat olacağını söyləyib: “Əvvəlcə səhiyyə işçiləri peyvənd olunacaq. Ətrafımızda olanlar bunu görəndə əmin olacaqlar. Əlbətdə, vaksindən zərər görmə ehtimalı da var. Hər vaksində bu ola bilər. Hazırda illərdir istifadə olunan lisenziyalı peyvəndlər belə əks-təsir göstərə bilir. Ancaq bunlar milyonda, on milyonda bir ehtimaldır. Bu qədər aşağı ehtimaldan qorxmaq və COVID-19 təhlükəsini görməməzlikdən gəlmək olmaz”.

Koronavirusa qarşı hazırlanmış peyvəndlərin ciddi və ümumi bir yan təsiri olmadığını vurğulayan Tevfik Özlü qeyd edib ki, hazırda Türkiyədə hər gün 250 nəfər bu xəstəlik səbəbindən dünyasını dəyişir: “Vaksinasiya olmazsa, bu ölümlər davam edəcək. Buna məhəl qoymamaq, qarşısını almamaq, əlinizdə imkan olsa belə onu istifadə etməmək və bu ölümləri dayandırmamağın bir bəlası var. Peyvəndlənmənin riski çox az, ancaq peyvənd olunmamağın təhlükəsi daha çoxdur. Vaksinlərin etibarlı olduğuna inanıram”.

COVID-19 peyvəndinin on minlərlə insana tətbiq olunduğunu və bunun ciddi yan təsiri olmadığını ifadə edən professor əlavə edib ki, həyatda risk olmayan bir iş yoxdur: “Bundan sonra yoluxa biləcəyinizi soruşsanız, olacaq, ancaq çox nadir bir yan təsirləri olacaq. Bunu gözə almayacaqsınızsa, həyatda heç bir şey edə bilməzsiniz. Təyyarəyə minə bilməzsiniz, çünki təyyarənin qəzaya uğraması ehtimalı var. Yolda qəza ehtimalı olduğuna görə avtomobilə də minə bilməzsiniz. Aspirin belə qəbul edə bilmərsiniz, çünki aspirin içəcəyiniz halda qanaxmadan ölmə ehtimalınız var. Həyatda hər şey risklidir. Bəzi riskləri isə gözə almalıyıq. Peyvəndlə əlaqəli risklər çox azdır, amma xəstələnmək və ölmək riski bu anda daha böyükdür”.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm