Başqa çarəmiz yoxdur - Professordan XƏBƏRDARLIQ
Bizi izləyin

Sağlamlıq

Başqa çarəmiz yoxdur - Professordan XƏBƏRDARLIQ

Peyvənddən başqa pandemiyanın qarşısını alacaq başqa silah yoxdur.

Publika.az xəbər verir ki, bunu Türkiyə Səhiyyə Nazirliyi yanında Koronavirusla Mübarizə Elmi Qurumunun üzvü Tevfik Özlü deyib.

O bildirib ki, peyvəndlə bağlı suallar ortaya çıxa bilər. Amma həm də ondan başqa həll yolu yoxdur: “Hər gün 250-yə yaxın insan ölür. Sabah onların arasında mən də, siz də ola bilərik. Yaya qədər əhalinin 60-70 faizini vaksinasiyaya cəlb edə bilsək, xeyli yol qət etmiş olacağıq. Pandemiya üzərində nəzarət əlimizdə olacaq. Əks təqdirdə, işimiz çox çətindir. 1 ildir virusdan qaçırıq. Amma öhdəsindən gələ bilmirik. Buna görə də vaksinasiya olmağa məcburuq”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm