Azərbaycanda yetişən möcüzənin BİLMƏDİYİMİZ FAYDALARI: xərçəngi yox edir, ürək və damarları...
Bizi izləyin

Sağlamlıq

Azərbaycanda yetişən möcüzənin BİLMƏDİYİMİZ FAYDALARI: xərçəngi yox edir, ürək və damarları...

Bayramlarda süfrəmizin bəzəyinə çevrilən fındıq barədə bilmədiyimiz çox şey var.

Publika.az ölkəmizin, əsasən, şimal və qərb bölgələrində yetişən bu möcüzə barədə bilinməyənləri təqdim edir.

E vitamini ilə zəngin olan fındıq kosmetika və dərman sektorlarında xammal kimi istifadə olunur. Qabığından yağına qədər bütün elementləri ilə əvəzolunmaz faydalar bəxş edir.

Bol miqdarda yağışı sevən kol bitkisində yetişən fındığın təbiətdə bir neçə çeşidi var. Tərkibində doymamış yağ turşuları, fito-kimyəvi maddələr, lif, kalium, kalsium və maqnezium mövcuddur. Emal olunmamış çiy fındıq protein, antioksidant, karbohidrat, B riboflavin, tiamin, niasin, piridoksin, pantoteik və sin ilə zəngindir. Bunun sayəsində miokard infarktından qandakı şəkər səviyyəsini balanslaşdırmasına qədər bir çox vəzifəni yerinə yetirir. Hər gün bir ovuc istifadəsi gündəlik enerji ehtiyacını 100% təmin edir.

Fındıq yemək üçün 7 VACİB SƏBƏB

Çiy fındıq dəri və həzm sistemi üçün olduqca faydalıdır. Lakin həddən artıq yeyiləndə çəki artımına səbəb ola bilər. Bəzi insanlarda isə mədə ağrısı, qaşıntı və boğazda qıcıqlanma kimi simptomlarla allergiyaya səbəb ola bilər.

Faydaları

Aparılan araşdırmalar sayəsində fındığın damar divarlarını qoruyaraq tıxanmanın qarşısını aldığı və ürək-damar xəstəliklərinə faydalı olduğu ortaya çıxıb. E vitamini sayəsində isə miokard infarktının qarşsını alır.

Həzmin daha yaxşı işləməsi üçün orqanizmin lif qaynağına ehtiyacı var. Beləliklə, mədədə üyütmə daha asanlıqla baş verir. İshal və qəbzlik kimi problemlərin yaranması ehtimalını azaldır. Lif sadəcə həzmi deyil, qanda şəkərin səviyyəsini də balanslaşdırır və diabet riskini azaldır.

Yüksək antioksidant tərkibi sayəsində bədəndəki zərərli maddələri kənarlaşdırıb hüceyrələrin cavanlığını qorumasına yardımçı olur. Beləliklə, erkən yaşlanmanın qarşısını alır. Bədənə daxil olan ultrabənövşəyi və infraqırmızı zərərli şüalarının yarada biləcəyi dəri xəstəlikləri riskini azaldır. Çiy fındıq cildin parlaq və canlılığını qoruyur.

Oynaq və sümüklərdə kalsiumun azalması şiddətli ağrılara səbəb olur. əzələ yorğunluğu və qadınların mensturasiya dövrlərindəki ağrıları azaltmaq üçün maqneziuma ehtiyacı olur. Mütəxəssislər bu kimi problemlərin yaşanmamasın üçün hər gün fındıq yeməyi tövsiyə edir.

Fındık yaraları da iyileştiriyor - Memurlar.Net

Güclü antioksidant olduğu üçün sadəcə hüceyrələri yeniləməz. DNT-si pozulan hüceyrələrin də sayını azaldaraq xərçəngin qarşısını alır.

B6 vitamini ilə zəngin olan fındıq beyindəki sinirləri hərəkətə keçirir. Bu sinir siqnalların düzgün işi stress və depressiya ehtimalını aşağı salır. Eyni zamanda, orqanizmin daha sağlam fəaliyyətini təmin edir.

Yüksək miqdarda doymamış yağları sayəsində uzun müddət toxluq hissi yaradır. Bədəndəki artıq yağların əriməsinə kömək edir.

Fındıq yağının faydaları

Fındıq yağı saç köklərini gücləndirir, quruyub tökülməsinin qarşısını alır. Dərinin pH səviyyəsini balanslaşdırır. Dərinin elastikliyini qoruyaraq yaşlanmasının qarşısını alır. Sızanaq və qara nöqtələrin yaranmasını əngəlləyir.

100 qr fındığın qida dəyərləri

Kalori: 628 qr

Ümumi yağ miqdarı: 61 qr

Kalium: 680 qr

Karbohidrat: 17 qr

B6 vitamini: 0,6 mq

Kalsium: 114 mq

C vitamini: 6,2 mq

Xolestero: 0 mq

Protein: 15 qr

Dəmir: 4,7 mq

A vitamini: 20 İU

D vitamini: 0 İU

Maqnezium: 163 mq

Fındıq qabığının faydaları

Xərçəng hüceyrələrinin yaranmasının qarşısını alan “psclitaxel” və digər “taxanes” növləri fındıq qabığının tərkibində mövcddur. Bu maddələr sayəsində xərçəng dərmanlarının tərkibində də fındıq qabığı yer alır. Eyni zamanda, qaynadılaraq dəri qulluğu məhsullarının tərkibinə də əlavə olunur. A və C vitamini ilə zəngindir. Qaynadılıb içiləndə bağırsaq florasını balanslaşdırır. Qan dəyərlərini normallaşdırır və damar xəstəliklərinin qarşısını alır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm