Arıqlamağınıza kömək edəcək 12 QAYDA
Bizi izləyin

Sağlamlıq

Arıqlamağınıza kömək edəcək 12 QAYDA

İngiltərənin Milli Səhiyyə Xidməti pəhriz saxlamadan arıqlamaq üçün riayət edilməli olan 12 qayda təklif edib.

Publika.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.

Bildirilib ki, günə ilk növbədə fiziki hərəkətlərlə başlamalısınız. Dişlərinizi fırçalayarkən squat hərəkətlərini yerinə yetirə, televiziya reklamı zamanı və ya çay dəmləyərkən müxtəlif məşqlər edə bilərsiniz.

Arıqlamaq üçün spirtli içkilərdən imtina etməlisiniz. Həm də yaxşı yatmaq üçün günortadan sonra qəhvəni məhdudlaşdırın. Meyvə şirələri və şəkərli içkiləri su, çay və ya süd ilə əvəz edin.

Sonrakı bənddə həkimlər əsas yemək zamanı kifayət qədər qidalanmağı tövsiyə edib ki, gün ərzində qəlyanaltılarsız keçinə biləsiniz. Şirniyyat həvəskarlarına həkimlər rasiona 70% qara şokolad daxil etmələrini təklif edib. Tərəvəzləri də unutmayın.

Supermarketə getmədən əvvəl lazımsız alış-veriş etməmək üçün siyahı hazırlayın. Həftədə ən azı iki dəfə gəzintiyə çıxmaq da vacibdir.

Müsbət duyğuları yalnız yeməkdən deyil, hobbidən də əldə etmək olar. Mütəxəssislər podkastlar sınamağı və ya dostlarınızla söhbət etməyi məsləhət görür.

Və ən əsası, əgər istəyirsinizsə, müəyyən qidaları özünüzə qadağan etməməlisiniz. Ancaq həkimlər bu vəziyyətdə qeyd edir ki, porsiyaları azaltmaq vacibdir.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm