Daha bir türk professorun dünyaya səs salacaq ixtirası
Bizi izləyin

Sağlamlıq

Daha bir türk professorun dünyaya səs salacaq ixtirası

Quersetin və C vitamini (QC) birləşməsi COVID-19-dan qorunmaq üçün peyvənd qədər effektiv ola bilər.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Sağlamlıq Elmləri Universitetinin Qidalanma və Təhlükəsiz Qida Araşdırma Mərkəzinin sədri Həsən Önal tədqiqat aparıb. O bildirib ki, virusun yoluxma riski yüksək olan səhiyyə işçiləri üzərində aparılan klinik tədqiqatlar QC əlavələrinin uzunmüddətli və müntəzəm istifadəsinin xəstəliklərdən qorumaq gücünə malik olduğunu göstərib.

71 tibb işçisinə 2 bölünmüş dozada quersetin və vitamin C (QC) vurulub. Heç bir dərman vurulmayan 42 tibb işçisi isə profilaktik məqsədlərlə izlənilib. 120 gündən sonra bütün iştirakçıların antikorları yoxlanılıb. Məlum olub ki, bu müddət ərzində QC vurduran 71 tibb işçisindən sadəcə 1 nəfər, 42 nəfərlik izləmə qrupundan isə 9 nəfər virusa yoluxub.

Professor Həsən Önal QC əlavələrdən müntəzəm istifadənin koronavirus infeksiyasından əhəmiyyətli dərəcədə qoruduğunu bildirib. Tədqiqat dünyanın ən əhəmiyyətli tibb jurnallarından biri olan “Lancet”də nəşr olunub. Önal həyata keçirdikləri araşdırmanın ardından dünyanın müxtəlif universitetlərindən olan tədqiqatçıların da mövzu ilə əlaqədar araşdırmalara başladıqlarını və quersetinə marağın artdığını bildirib.

“COVID-19 infeksiyasından qorunmaq üçün tövsiyə olunan gündəlik quersetin dozası 1000 mq-dır. Lakin bir neçə gün ərzində 2000 mq istifadə etmək məsləhət görülür. Məhsulun uzunmüddətli istifadəsində ciddi əks təsiri olmasa da, hamilə qadınlar, süd verən analar, döş xərçəngi və ya böyrək xəstəliyi olan insanlar üçün uyğun deyil”, - professor əlavə edib.

Həkim quersetinin COVID-19 virusunun hüceyrəyə yapışmasına mane olduğunu, immun reaksiyanı tarazlaşdırma qabiliyyəti ilə “sitokin fırtınası” riskini azaltdığını, damarın daxili divarını bərpa etdiyini, damarları genişləndirdiyini və laxtalanma əmələ gəlməsinin qarşısını aldığını deyib.

Quersetin nədir?

Flavonoidlər rəng verən bütün bitkilərdə rast gəlinən birləşmələrdir. Quersetin də bir çox meyvə və tərəvəzdə olan təbii flavonoiddir. Ürək-damar xəstəlikləri, xərçəng, astma və Altsheymer xəstəliyi riskini azaltmaq kimi bir sıra faydaları var.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm