Türkiyəli professordan peyvənd xəbərdarlığı - Hələ tezdir
Bizi izləyin

Sağlamlıq

Türkiyəli professordan peyvənd xəbərdarlığı - Hələ tezdir

Türkiyəli professor Tevfik Özlünün sözlərinə görə, peyvənd vurduran insanlar tam təhlükəsiz hesab olunmur, çünki effektivliyi bir ayın sonunda yaranır.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, professor peyvəndin ikinci dozasının 3-4 həfətdən sonra vurulduğunu deyib.

“İkinci dozadan sonra antikor səviyyəsi yalnız 15 gündən sonra müəyyən bir səviyyəyə çata bilər. Odur ki, qaydalara əməl etməlisiniz. Qoruyuculuğunu anlamaq üçün özünüzü gözləməlisiniz. Peyvənd olunan insanlar olunmayanlar kimi maska taxmağa davam etməlidir.

Pandemiya hazırda davam edir. Bir çox ölkədə tədbirlərin artırılmasına baxmayaraq, yoluxma sayı artmaqdadır. Odur ki, arxayınlaşmamalıyıq. Peyvənd vəziyyəti idarə etmək üçün uğurlu addımdır, ancaq peyvəndin təsirlərini görmək hələ tezdir. Həm də cəmiyyətin 80 faizi peyvənd vurdurmalıdır ki, pandemiyanı dayandıra bilək”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm