Pandemiya sona çatacaq, ancaq virus... - Professor AÇIQLADI
Bizi izləyin

Sağlamlıq

Pandemiya sona çatacaq, ancaq virus... - Professor AÇIQLADI

"Pandemiya sona çatacaq, ancaq virus yox olmayacaq".

Publika.az xəbər verir ki, bunu Türkiyənin Koronavirus Elmi Komitəsinin üzvü, professor Alpay Azap deyib.

Virusun yox olmayacağını vurğulayan professor COVID-19-un qrip kimi bir xəstəlik olmasını gözlədiklərini bildirib.

Onun sözlərinə görə, insanlar növbəti ilə qədər maskalardan mütləq istifadə etməlidirlər: "Koronavirus pandemiyasındakı dalğa ölkədən-ölkəyə, hətta əyalətlərə görə dəyişir. Dünyada bu günə qədər virusa 103 milyondan çox yoluxma, 2 milyon 230 mindən çox isə ölüm faktı qeydə alınıb. Hər iki vəziyyətdə siyahıya ABŞ liderlik edir. Virusun yox olacağını düşünmürəm. COVID-19-un qışda artan, yayda azalan tip mövsümi infeksiyaya çevrilməsini gözləyirik. Yəni, qrip kimi olacaq".

Dərmanların xəstəliklərin müalicəsi ilə yanaşı, virusun yayılmasının da qarşısını aldığını vurğulayan A.Azap hazırda koronavirusun müalicəsində istifadə edilən preparatların heç birinin virusu birbaşa aradan qaldırmadığını qeyd edib: "Virusa birbaşa təsiri olan dərman gələn ilin yanvar və fevral aylarında hazırlanacaq. Növbəti il bu vaxtlar normallaşma olacaq, 2022-ci ilin yanvar-fevral aylarından maskaları çıxarıb, məsafəyə əhəmiyyət verməyəcəyik, amma uzun illər bu virusla yaşamağa davam edəcəyik".

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm