Asimptomatik daşıyıcılar virusu yoluxdurur?
Bizi izləyin

Sağlamlıq

Asimptomatik daşıyıcılar virusu yoluxdurur?

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri asimptomatik daşıyıcıların patogeni başqalarına ötürdüyünü bildirsələr də, bəzi həmkarları fərqli fikirdədir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Avstraliya, Çin və İngiltərədən olan beynəlxalq alimlər qrupu asimptomatik koronavirus daşıyıcılarının başqaları üçün yoluxucu ola bilməyəcəyi qənaətindədir. Bunun üçün alimlər COVID-19-a yoluxmuş 300 nəfərin nümunələrini araşdırıb.

İştirakçılar testləri mənfi nəticələr göstərənə qədər karantində saxlanılıb. Bu müddət ərzində onlarda heç bir simptom müşahidə olunmayıb. Alimlər iştirakçıların bütün sosial əlaqələrini də analiz edib. Onlar təxminən 1174 nəfərlə ünsiyyətdə olsalar da, virus heç kimə yoluxmayıb.

“Asimptomatik xəstələrin bütün yaxınlarının COVID-19 test nəticələri neqativ oldu. Bu da onu göstərir ki, asimptomatik xəstələrin yoluxuculuq ehtimalı yoxdur”.

Xatırladaq ki, ÜST-nin texniki direktoru Mariya Van Kerxov bu məsələnin tam öyrənilmədiyini açıqlamışdı.

Moskva Fizika və Texnologiya İnstitutunun genom mühəndisliyi laboratoriyasının rəhbəri Pavel Volçkov isə asimptomatik daşıyıcıların bədənlərində az miqdarda virus olduğunu bildirmişdi. Odur ki, başqalarına ötürmə ehtimalı azdır. Bununla birlikdə, araşdırmanı tamamlamaq üçün asimptomatik xəstələrdə patogen miqdarını müqayisə etmək lazımdır.

Rusiya Elmlər Akademiyasının müxbir üzvü, biologiya elmləri doktoru Sergey Netyosov bu açıqlama ilə razılaşmadığını qeyd edib:

“ “Təmiz asimptomatik” xəstələr çox azdır, bu və ya digər şəkildə yoluxmuşların böyük əksəriyyətində xəstəliyin bəzi təzahürləri görünür, onlar da öz növbəsində virusu başqalarına yoluxdurur”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm