Amerikanın ən məşhur həkimindən sağlam olmağın QAYDALARI
Bizi izləyin

Sağlamlıq

Amerikanın ən məşhur həkimindən sağlam olmağın QAYDALARI

Dietoloqlar meyvə-tərəvəz və tam taxıl məhsullarının orqanizm üçün faydalı olduğunu deyir. Ancaq dünyaca məşhur ürək cərrahı, amerikalı həkim Stiven Qandrinin sözlərinə görə, sadalananlar nazik bağırsaq divarında mikroçatların əmələ gəlməsinə, bakteriya və tullantıların orqanizmə daxil olmasına imkan yaradan təhlükəli toksin ola bilər.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, həkim bu problem kompleksinə deşilmiş bağırsaq adını verib. Onun fikrincə, bu xəstələrin çoxu kök insanlardır, onlar bir qayda olaraq tez-tez yorğunluq, həzm zamanı narahatlıq hiss edirlər, oynaq ağrıları və dəri problemləri də istisna deyil.

“Bütün bunların hamısı əks təsirlərdir. Onu çox vaxt normal yaşlanma əlamətləri ilə səhv salırlar, çünki deşilmiş bağırsaq ümumiyyətlə bir neçə il və bəzən onilliklər ərzində inkişaf edir. Ancaq hansı qidaların zərərli olduğunu bilirsinizsə, o zaman xəstəliyin qarşısını almaq, hətta müalicə etmək olar”, - deyə ekspert qeyd edib.

Çoxsaylı araşdırmalar apardıqdan sonra ürək cərrahı bu qənaətə gəlib ki, avokado və hər növ giləmeyvə, brokkoli, zeytun yağı, ət, balıq sağlamlıq və uzunömürlülüyü təmin edən məhsullardır. Lakin hər növ kartof, makaron, meyvə, toxumları olan məhsullardan (bibər, xiyar, balqabaq, badımcan, pomidor), həmçinin balqabaqdan imtina etmək lazımdır. Günəbaxan, qarğıdalı və soya yağları da tövsiyə edilmir.

Qeyd edək ki, Stiven Qandri bir çox məşhurun, amerikalı iş adamı və siyasətçinin şəxsi həkimidir. Dünyada uşaqlar üçün ən çox ürək transplantasiyası əməliyyatlarını o həyata keçirib.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm