Veçorkodan İLLİK PROQNOZ: "Bizi iki ssenari gözləyir..."
Bizi izləyin

Sağlamlıq

Veçorkodan İLLİK PROQNOZ: "Bizi iki ssenari gözləyir..."

"Müxtəlif peyvəndlərin infeksiyanın mutasiya edən patogeninə qarşı qorunma təmin etməsi istiqamətində ciddi müzakirələr davam edir. Genetik olaraq bugünki viruslar pandemiyanın başlanğıcındakı viruslardan əhəmiyyətli dərəcədə fərqlidir".

Publika.az xəbər verir ki, bu barədə O.M.Filatova adına Moskva Səhiyyə Departamentinin 15 saylı şəhər klinik xəstəxanasının baş həkimi, N.İ. Piroqova adına Milli Tədqiqat Tibb Universitetinin 1 saylı Xəstəxana terapiyası bölməsinin dosenti Valeri Veçorko “Комсомольской правде” qəzetinə verdiyi müsahibəsində danışıb.

Həkim qeyd edib ki, kliniki mənzərə, yəni xəstələrdə xəstəliyin simptomları və gedişi nəzərə çarpacaq dərəcədə fərqlidir:

“Keçən yaz mədə-bağırsaq simptomları (ürək bulanması, qusma, ishal, mədə ağrıları. - Red.) olan bir çox xəstə gördük. Yay aylarında beyin simptomları (şiddətli baş ağrıları, başgicəllənmə və s.) müşahidə edilmişdi. Ancaq payız və qış xəstələri tənginəfəslik xüsusiyyətləri ilə seçilir. Buradan o qənaətə gəlirik ki, koronavirusun dəyişiklikləri və mutasiyaları peyvəndlərin və müalicələrin effektivliyinə təsir edə bilər.

COVİD-19 ötən ildən bəri alimlərin əsas tədqiqat obyektlərindən birinə çevrildi. Bu gün rəsmi məlumatlara görə bu istiqamətdə dünyada 2500-dən çox araşdırma aparılıb. Elmi tədqiqatlar COVID-19-un uzunmüddətli nəticələrinin qarşısının alınmasına, müalicəsinə və öyrənilməsinə yönəldilib.

2021-ci ildə bizi iki ssenari gözləyir. Birincisi odur ki, pandemiya tezliklə sona çatacaq. Bu vəziyyətdə, pandemiyanın sosial və iqtisadi nəticələrini qiymətləndirmək üçün koviddən sonra psixoloji və fiziki reabilitasiya, həm də vaksinasiyanın təsirləri və nəticələrinin öyrənilməsi ilə bağlı tədqiqatlar daha çox tələb olunacaq.

İkinci ssenariyə görə, pandemiya davam edəcək. Hadisələrin bu inkişafı ilə tədqiqatların mərkəzi də dəyişəcək: uyğunluq baxımından lider peyvəndlərin effektivliyinin müqayisəli qiymətləndirilməsi. koronavirus diaqnozunun yaxşılaşdırılması üzərində də araşdırmalar genişlənəcək”.

Qeyd edək ki, laboratoriya diaqnostikasında koronavirus üçün PCR testləri bu gün qızıl standart olaraq qalır. Bununla birlikdə, yaxın gələcəkdə həyatımıza bir neçə vacib yenilik daxil ola bilər. Laboratoriya diaqnostikasının sadələşdirilməsi ilə testlər xəstələr üçün daha asan az travmatik olacaq.

Koronavirusa qarşı hüceyrə immunitetini təyin edən testlərin geniş tətbiq olunacağını gözləmək olar. Bir çox virusoloqun sözlərinə görə, immun sisteminin bu əlaqəsi antikorlardan daha çox koronavirusdan qorunmada daha vacib rol oynayır. Ancaq xəstələrin və infeksiyaya yoluxanların ağciyər toxumalarına zərər dərəcəsini qiymətləndirmək üçün süni intellekt getdikcə daha çox istifadə ediləcək.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm