Sağlamlıq
Yazda koronavirusla bağlı vəziyyət necə olacaq?
Baharın gəlişi COVID-19 yoluxmalarının artmasına səbəb ola bilər. Ancaq buna havaların isinməsi deyil, əhalinin yüksək sosial aktivliyi təsir edəcək.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu fikri N.F.Qamaleya adına Elmi-Tədqiqat Mərkəzinin virusoloqu Aleksandr Butenko söyləyib. Professorun sözlərinə görə, əlverişli hava şəraitinin başlaması ilə insanlar daha çox yeriməyə, ünsiyyət qurmağa başlayacaq və buna görə də infeksiyanın yoluxuculuğu artacaq. Mütəxəssis mövsümiliyin epidemiya prosesinin dinamikasında rol oynamadığını bildirib, eyni zamanda Hindistan və Braziliya kimi ölkələri misal göstərib.
Virusoloq vurğulayıb ki, hazırda yoluxma sayında azalma var, lakin vəziyyət sabitləşənə qədər məhdudiyyətləri aradan qaldırmaq tezdir. Bunun üçün iki amil tələb olunur - virusa yoluxanlarda təbii immunitetin əmələ gəlməsi və vaksinasiya. Əhalinin peyvəndlənmə göstəricisi 60-70 faizə çatmalıdır. Bundan başqa, bütün sanitariya qaydalarına riayət etməliyik.
Aytən Məftun
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət