Yaz ərəfəsində immuniteti gücləndirməyin yolları
Bizi izləyin

Sağlamlıq

Yaz ərəfəsində immuniteti gücləndirməyin yolları

Pəhrizinizi indidən tərəvəz və meyvələrlə zənginləşdirməyə, daha çox gəzməyə və yuxu rejiminizi normallaşdırmağa dəyər. Bütün bunlar yazda mövsümi xəstəliklərin yayılması ərəfəsində immuniteti gücləndirməyə kömək edəcək.

Publika.az xəbər verir ki, bu barədə rusiyalı terapevt Lyudmila Lapa danışıb. Həkim qeyd edib ki, meyvə-tərəvəzlər vitamin çatışmazlığını aradan qaldırmağa yardım edəcək:

“Vitamin çatışımazlığı zəiflik, başgicəllənmə, xroniki yorğunluq, yuxululuq yaradır və gün ərzində məhsuldarlığınızın düşməsinə səbəb olur. Xüsusilə mədə-bağırsaq traktında problemi olanlar hazır olmalıdır. Bir qayda olaraq qastroenteroloqlar və ya terapevtlər tərəfindən təyin olunan müəyyən terapiyadan keçmək lazımdır. Xroniki qastrit, pankreatit xəstələrinə həkimlər həmişə terapiya təyin edirlər.

Günəşli günlərdə daha tez-tez gəzməyə dəyər və ya bir sıra vitamin və mineral qəbul edə bilərsiniz. C, B, D, E vitaminlərinə, həmçinin Omeqa-3 və kalsiumla maqneziuma diqqət yetirmək lazımdır. Bütün bunlar virusa yoluxma riskini azaltmaq və bədənin sağlamlığını gücləndirmək üçün faydalıdır. Bundan əlavə, gündəlik rejimin normallaşması və yuxu vacibdir. Qışda daha az günəş işığı görürük, bu səbəbdən hormonlar düzgün istehsal olunmur. Tənzimləmə bədənin sinir sisteminə də kömək edəcək”, - L.Lapa bildirib.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm