Həkim dünyanın ən populyar pəhrizinin ÖLÜMCÜL TƏHLÜKƏSİNİ açıqladı
Bizi izləyin

Sağlamlıq

Həkim dünyanın ən populyar pəhrizinin ÖLÜMCÜL TƏHLÜKƏSİNİ açıqladı

"Hər hansı bir ciddi pəhriz məhdudiyyəti sağlamlıq problemlərinə səbəb ola bilər".

Publika.az xəbər verir ki, bunu rusiyalı valeoloq Nadejda Çernışova “Zvezda”ya müsahibəsində deyib.

Mütəxəssis sadəcə meyvə şirələri və su ilə qidalanmanın təhlükələrindən bəhs edib: “Müxtəlif qida növlərinin uyğunsuzluğu, qidanın bəzi hissələrinin digərlərindən ayrı qəbul edilməsi ilə bağlı bütün ifadələr mifdən ibarətdir. Ayrı-ayrı qidalanma nəzəriyyəsinin banisi tibbi təhsili olmayan amerikalı Herbert Şelton olub. Buna baxmayaraq, o, kifayət qədər populyarlaşıb. Ancaq onun təşəbbüsləri faciəli şəkildə sona çatdı. Onun nəzəriyyəsinin tərəfdarları həzm pozğunluğundan ölməyə başladılar və məktəbi bağlandı. Bir ata qızını 41 gün yalnız meyvə suları və su ilə qidalandırdı, nəticədə körpə sətəlcəmdən öldü”.

N. Çernışova bildirib ki, qidaların bəzi hissələrinin ayrılıqda qəbulu həzm sisteminin pozulmasına və mədə-bağırsaq traktının xroniki xəstəliklərinin inkişafına səbəb ola bilər: “İnsanın mədə və onikibarmaq bağırsağı fərqli qidaları eyni vaxtda həzm edəcək şəkildə qurulub. Bundan əlavə, insanlar təkamül olaraq qarışıq qidalar yeməyə alışıblar. Biz eyni anda qidanın həzmi üçün bütün fermentləri istehsal edirik. Əgər bir şey əlavə etmirsinizsə, bədən bu məhsulun çatışmazlığını kompensasiya etmək üçün əlavə enerji xərcləyir”.

Mütəxəssis insanları bütün qida növlərindən qəbul etməyə və yeganə qidalanma üsuluna fokuslanmamağa çağırıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm