Sağlamlıq
Professordan maskasız günlərə DÖNÜŞÜN TARİXİ
Maskaları 2022-ci ilin ilk aylarına qədər istifadə etməyə davam edəcəyik.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Dicle Universitetinin Yoluxucu Xəstəliklər və Klinik Mikrobiologiya Bölümü professoru Recep Tekin deyib. Professor bildirib ki, peyvəndlə yanaşı, maskalar da yoluxma sayını nəzarətdə saxlamağa kömək edən effektiv vasitələrdir.
“Maskaları həyatımızdan çıxarmaq hələ tezdir. Yoluxma sayı azalsa da, sıfra enməyib. Virusun yeni mutasiyalarının yayıldığını da nəzərə alsaq, qorunmaq üçün maskaları taxmağa davam etməliyik. Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı kimi, pandemiya 2022-ci ilin əvvəllərinə qədər davam edəcək.
Yaxınlarda məhdudiyyətlərin yumşalması gözlənilir. Normal və maskasız həyat üçün hamımız darıxmışıq, lakin görünən odur ki, bu xəstəlik tamamilə yox olmayacaq. Odur ki, maska və digər karantin qaydalarına qarşı həssas olmalıyıq. Əhalinin 70 faizində immunitet yarandığı, eyni zamanda yoluxma sayı kəskin şəkildə aşağı düşdüyü halda maskaların həyatımızdan çıxması gündəmə gələ bilər”, - ekspert açıqlamasında vurğulayıb.
Aytən Məftun
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin228 Mart 22:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."
-
Sosial28 Mart 21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ
-
İnanc28 Mart 21:24
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı