Bu qan qrupuna məxsus insanlar niyə virusu ağır keçirir?
Bizi izləyin

Sağlamlıq

Bu qan qrupuna məxsus insanlar niyə virusu ağır keçirir?

İkinci qan qrupuna məxsus insanlar koronavirusa yoluxma və COVID-19 xəstəliyinin ağır inkişaf riski altındadır.

Publika.az TASS-a istinadən xəbər verir ki, bu nəticəyə Bostonda yerləşən "Brigham and Women's Hospital"ın mütəxəssisləri gəlib.

Tədqiqat müəllifləri virusun insan hüceyrəsinə bağlanmasından məsul olan elementini analiz edib. Onlar ikinci qan qrupunun virusun qırmızı qan hüceyrələrinə və tənəffüs yollarının epiteliya hüceyrələrinə bağlanma gücünə necə təsir etdiyini anlamaq istəyib. Bağlanma gücü birbaşa infeksiyanın şiddətinə təsir edir.

İkinci qan qrupunda tənəffüs yollarının epiteliya hüceyrələrində yerləşən antigenlərin virus üçün açıq "üstünlük" olduğu ortaya çıxıb. Lakin fərqli qan qruplarında virusun eritrositlərə bağlanma dərəcəsində əhəmiyyətli fərq olmayıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm