Necə olur ki, vaksinlər təbii virusdan DAHA GÜCLÜ İMMUNİNET yaradır?
Bizi izləyin

Sağlamlıq

Necə olur ki, vaksinlər təbii virusdan DAHA GÜCLÜ İMMUNİNET yaradır?

Tanınmış həkim anestezioloq-reanimatoloq Şahin Məmmədov koronavirus vaksinlərinin xəstəliyin özünün yaratdığı təbii immunitetdən daha yaxşı nəticələr göstərdiyini bildirib.

Publika.az xəbər verir ki, bu barədə həkim sosial şəbəkədə post paylaşıb.

"Vaksinin yaratdığı immunitetin təbii virusun yaratdığı immunitetdən güclü olması iddiaları haqqında çox sual gəlir. Soruşurlar ki, bu, necə olur, axı hər şeyin təbiisi daha güclü olar.
Cavab sadədir. Ona görə ki, təbii virus həyatda qalmaq üçün özündə insanın immun sistemini zəiflədən zülallar saxlayır. Amma vaksin virusun ən gözəgirən zülalıdı, alimlər öyrəniblər ki, virusun bu zülalına qarşı insanda ya daha güclü immunitet yaranır, ya da tam inaktivasiya olunmuş virusun meyitləridi. Vaksinin tərkibində təbii virusdan fərqli olaraq immun zəiflədici zülallar olmur".

Həkim şəkər xəstəliyi və ya təzyiq problemi olan insanların risk qrupuna daxil olduğunu və koronavirus vaksinlərinin ilk növbədə onlara vurulmasını tövsiyə edib: "Xüsusi yaşlıdırsa, vaksin əsas ona lazımdı. Əlavə xəstəliklərin olması virusa yoluxacağı təqdirdə, xəstəliyi ağır keçirəcəyi ehtimalını artırır".

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm