Professordan xəbərdarlıq: “Karantin tədbirləri sərtləşdirilə bilər”
Bizi izləyin

Sağlamlıq

Professordan xəbərdarlıq: “Karantin tədbirləri sərtləşdirilə bilər”

"Karantin qaydalarının yumşaldılması zamanı təmasların artması nəticəsində yoluxma sayları yüksəlməyə başlayıb. Digər tərəfdən də koronavirusun Britaniya şatammının ölkədə yayılıb yayılmaması məlum deyil. Bununla bağlı ortada hələlik araşdırma aparılmayıb".

Bu sözləri Publika.az-a açıqlamasında professor Adil Qeybulla deyib.

Professor qeyd edib ki, ölkədə koronavoirus yoluxmalarında müşahidə olunan artım müəyyən həddə çatarsa, karantin tədbirləri sərtləşdirilə bilər:

“İndiki vəziyyətdə karantin qaydalarının sərtləşdirilməsinə ehtiyac görülmür. Odur ki, 8 Mart və Novruz Bayramı ərəfəsində insanlar bir az diqqətli olmalıdır. Karantin davranışlarına ciddi əməl etməlidilər. Xüsusilə mağaza kimi qapalı mühitdə sosial məsafəni gözləməlidilər. Bayramlaşma, qonaq getmək ənənəsi və müəyyən iaşə müəssisələrində, restoran və kafelərdə qayda-qanuna əməl edilsə, daha yaxşı olar. Məsuliyyət hissi önəmlidir. Əks halda epidemioloji vəziyyət pisləşsə, təbii ki, dövlət də müəyyən qəti tədbirlərə görməyə məcbur qalacaq”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm