Bu saatlarda meyvə yemək olmaz
Bizi izləyin

Sağlamlıq

Bu saatlarda meyvə yemək olmaz

Meyvənin faydalı və ya zərərli olması onu nə vaxt yediyinizdən asılıdır.

Publika.az xəbər verir ki, bu barədə dietoloq, fəlsəfə doktoru Rimma Moysenko Sputnik radiosuna müsahibəsində danışıb. Həkim qeyd edib ki, meyvələr arıqlamağa kömək etmir, buna görə pəhriz menyusnu meyvələrlə əvəz etməməlisiniz. Tərkibi həm lipid, həm də karbohidratla zəngin olduğu üçün meyvələr metabolizmanı pozur.

“Gündə birdən çox olmayaraq nahardan əvvəl və səhər yeməyindən bir saat yarım sonra sərt bir meyvə yeyə bilərsiniz. Bu vəziyyətdə kifayət qədər pektin və lif ehtiva edən həm armudda, həm də yerköküdə olan faydalı elementlər insan bədəninə daxil olur. Meyvələrə xas olan karbohidratların yavaş sovrulması nəticəsində “lüks bir məhsul” əldə edilir.”, - dietoloq bildirib.

Ancaq axşam meyvə yemək sağlamlığınıza zərər verə bilər. Dietoloq şam yeməyini şirin meyvələrlə əvəz etməyi qəti olaraq qadağan edir, çünki meyvələr beyin qabığına təsir göstərir: leptinin səviyyəsi yüksəlir və beyin hiss etməyi dayandırır, nə qədər enerjiyə sahib olduğunu təxmin edə bilmir, yığmağa və saxlamağa başlayır.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm