Onların ikinci dəfə koronavirusa yoluxma riski yüksəkdir
Bizi izləyin

Sağlamlıq

Onların ikinci dəfə koronavirusa yoluxma riski yüksəkdir

65 yaşdan yuxarı şəxslərin koronavirusa yenidən yoluxma riski yüksəkdir.

Publika.az xəbər verir ki, bu barədə danimarkalı alimlər məlumat yayıb. Alimlərin araşdırmalarının nəticələri “Lancet” jurnalında yayımlanıb.

Tədqiqatçılar qeyd ediblər ki, ümumi cəmiyyətdə COVID-19-a qarşı qorunma 80%-dir. 65 yaşdan yuxarı insanlarla bağlı vəziyyətə gəldikdə, bu rəqəm təxminən 47 faizə düşür. Bu da o deməkdir ki, yaşlı insanlarda koronavirusa yoluxma riski daha yüksəkdir.

Alimlər onu da qeyd edib ki, bədənin təkrar infeksiyadan qorunması üçün ən etibarlı tədbir əhalinin bütün qruplarının peyvənd edilməsidir.

Yaşlılara vurulan peyvəndlər daxil olmaqla, dərmanların təsirli və təhlükəsiz olduğu göstərilib.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm