Sağlamlıq
Beynəlxalq ekspertlər ebola üçün toplandı
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri ölümcül Ebola xəstəliyinin yayılmasını müzakirə etmək üçün toplantı keçirir.
Publika.az-ın məlumatına görə, İsveçrənin Cenevrə şəhərində
keçirilən toplantının iki gün davam edəcəyi gözlənilir. Toplantıda
xəstəlik barədə qlobal səviyyədə fövqəladə vəziyyətin elan edilməsi
barədə qərar veriləcək.
Bundan savayı Liberiyada Ebolaya tutulan iki amerikalı
eksperimental dərman qəbul edəndən sonra deyilir ki, onların
səhhəti yaxşılaşmaqdadır.
Ebola xəstəliyini aşkar edən Professor Peter Piot deyir ki, Qərbi
Afrikada bu xəstəliyini qabağını almaq üçün bu cür dərmanlardan
daha geniş istifadə olunmalıdır.
Fevralda başlayan və artıq dörd ölkəyə yayılan xəstəliyə görə artıq
900-a yaxın adam həyatını itirib.
Simptomlar
• Yüksək temperatur, qanaxma və mərkəzi sinir sisteminə zərər
• Ölüm dərəcəsi 90 faizədək qalxa bilər, amma hazırda təxminən 55
faizdir
• İnkubasiya müddəti 21 gündür
• Vaksin və ya müalicəsi yoxdur
Bu arada British Airways hava nəqliyyat şirkəti Liberiyadan və
Sierra Leone-dan Londona və əks istiqamətdə uçuşları avqustun
sonunadək dayandırdığını bildirib.
Bundan əvvəl British Airways həftədə dörd dəfə London Heathrow
aeroportundan Liberiya vasitəsilə Sierra Leone-a uçurdu. /BBC/
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR