COVID-19 uşaqlarda bu problemlərə SƏBƏB OLUB - Həkim AÇIQLADI
Bizi izləyin

Sağlamlıq

COVID-19 uşaqlarda bu problemlərə SƏBƏB OLUB - Həkim AÇIQLADI

Türkiyəli uşaq nefroloqu Neşe Karaaslan Bıyıklı uşaqlar arasında piylənmə problemlərinin artdığını deyib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, valideynləri diqqətli olmağa çağıran həkim həyəcan təbili çalıb. Ekspert uşaq inkişafının həm genetik, həm qidalanma, həm psixoloji durum, həm xəstəliklər, həm də hormon və dərmanlar kimi amillərdən asılı olduğunu qeyd edib:

“Sağlam həyat üçün uşağın inkişaf mərhələlərini düzgün qiymətləndirmək önəmlidir. COVID-19 pandemiyası səbəbiylə məktəblərin bağlanması, təhsilin onlayn davam etdirilməsi, kompüter, tv, planşet kimi cihazlardan həddən çox istifadə, qidalanma vərdişlərinin dəyişməsi, hazır və çox kalorili qidalar, eyni zamanda həkim müayinələrinin gecikməsi piylənməyə gətirib çıxarır. Obezite yüksək qan təzyiqi, arterioskleroz, diabet, qaraciyər yağlanması, yuxu apnesi, ortopedik problemlər kimi nəticələrə səbəb olan ciddi bir xəstəlikdir. Səhv qidalanma və mineral çatışmazlığı orqanizmdə inkişafın ləngiməsi, ağır yoluxucu xəstəliklərə həssaslıq, diqqət və yuxu pozğunluğu kimi ciddi problemlərə səbəb ola bilər”.

Nefroloqun sözlərinə görə, hər uşağın böyümə və inkişaf yolu fərqlidir:

“Eyni yaşdakı uşaqların böyümə çağı digər uşaqlarla müqayisə edilir. Əslində hər uşağın böyümə yolu individualdır. Uşaqların sağlamlığı üçün ilk ayında həkim müayinəsi ayda 4 dəfə, 1-6 ayında ayda 1 dəfə, 6 ay-2 yaş dönəmində 3 aydan 1, 2-6 yaş arasında 6 aydan 1, 6 yaşından sonra ildə bir dəfə aparılmalıdır”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm