Cütlüklərə XƏBƏRDARLIQ: “Hamiləliyi təxirə salın”
Bizi izləyin

Sağlamlıq

Cütlüklərə XƏBƏRDARLIQ: “Hamiləliyi təxirə salın”

Braziliya Səhiyyə Nazirliyi koronavirusun mutasiyası olan P1 variantının hamilə qadınlara daha pis təsir etdiyini açıqlayıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, nazirlik cütlüklərə hamiləlik planlarını təxirə salmağı tövsiyə edib. Braziliya Səhiyyə Nazirliyinin rəsmisi Rafael Parente dünən keçirdiyi mətbuat konfransında P1 variantının hamilə qadınlar üçün təhlükəli olduğunu bildirib:

“Mümkünsə hamiləliyi vəziyyət yaxşılaşana qədər təxirə salın. Mütəxəssislərin klinik təcrübəsi bu yeni variantın hamilə qadınlarda daha aqressiv olduğunu göstərir”.

Qeyd edək ki, Amazonun Manaus şəhərində qeydə alınan P1 variantı Braziliyada ölüm və yoluxma sayının artmasına səbəb olub. Alimlərin sözlərinə görə, P1 variantı nəticəsində ölkədə 350 mindən çox insan həyatını itirib. Braziliyada epidemiya getdikcə daha gənc insanlara təsir edir. Verilən məlumatlara görə, reanimasiyada olan xəstələrin yarıdan çoxu 40 yaşdan aşağıdır.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm