Davamlı antikorları olan koronavirus ştammı tapıldı
Bizi izləyin

Sağlamlıq

Davamlı antikorları olan koronavirus ştammı tapıldı

Texas A&M Universitetinin alimləri koronavirusun davamlı antikorları olduğu sübut edilən yeni bir variantını kəşf edib. Yeni kəşf barədə “MedicalXpress” saytında yerləşdirilən press-relizdə bildirilib.

Publika.az xəbər verir ki, tədqiqatçılar ştammın sürətli yayılma, daha ağır xəstəlik və insanın immunitetinə qarşı yüksək müqavimət ilə əlaqəli genetik markerləri birləşdirdiyini söyləyib. BV-1 yalnız mülayim soyuqdəymə əlamətləri olan bir tələbədən alınan tüpürcək nümunəsində aşkar olunsa da, başqa heç bir infeksiya aşkar edilməyib. Mütəxəssislər 5-25 mart tarixlərində virusun müsbət test nəticələrini alıblar ki, bu da 18-24 yaş arası xəstələrdə görüləndən daha uzun bir infeksiya olduğunu göstərir. 9 aprel tarixində alınan üçüncü bir tüpürcək nümunəsi mənfi olub və virus əlamətlərini göstərməyib.

ABŞ-da və dünyada bir çox laboratoriya yalnız ağır COVID-19 xəstələrindən təcrid olunmuş virusların genom kodunu açarkən Texas A&M Universitetinin mütəxəssisləri koronavirusun potensial təhlükəli variantlarını tapmaq üçün xəstəlik törətməzdən əvvəl daha geniş araşdırma aparıb. Alimlər artıq BV-1 genom ardıcıllığı məlumatlarını qrip və koronavirus viruslarının genomik məlumat bazası olan GISAID-ə təqdim edib.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm