Doğulduğunuz ayın xəstəliklərə İNANILMAZ TƏSİRİ - Həkim AÇIQLADI
Bizi izləyin

Sağlamlıq

Doğulduğunuz ayın xəstəliklərə İNANILMAZ TƏSİRİ - Həkim AÇIQLADI

Həkim və televiziya aparıcısı Aleksandr Myasnikov doğulduğumuz ayın səhhətimizə təsiri olduğunu iddia edir.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, həkim müəyyən xəstəliyə tutulma riskinin doğulduğumuz aydan asılı olduğuna inanır. O, 1,5 milyondan çox insanın iştirakı ilə aparılan Amerika alimlərinin məlumatlarına istinad edib.

Myasnikov “Rusiya 1” telekanalının efirində yanvar ayında anadan olanların daha çox hipertoniya və kardiomiopatiyadan əziyyət çəkdiyini söyləyib. Fevral ayında dünyaya gələnlərdə daha çox tənəffüs sistemi ilə bağlı problemlər özünü göstərib. Mart ayında doğulanlarda ürəyin mitral klapan xəstəliyi və aritmiyaya meyilli olduğu müşahidə edilib. Aprel ayında anadan olanlar angina pektorisə meyillidirlər. May ayında anadan olan insanlar əksər hallarda aşağı çəkidən əziyyət çəkir. İyun ayında anadan olanların miokard infarktına, iyulda doğulanların isə hipertoniyaya və sidik yolu xəstəliklərinə meyilli olduqları aşkar edilib. Avqust ayında dünyaya göz açanlarda astma xəstəliyi daha çox qeydə alınıb.

Sentyabr ayında anadan olanların zəif nöqtəsi mədə-bağırsaq sistemidir. Kəskin tənəffüs yoluxucu infeksiyalar, kəskin respirator virus infeksiyaları əsasən doğum günü oktyabr ayına təsadüf edən insanlarda rast gəlinir. Koroner arteriya xəstəliyi, aritmiya və ağciyər xərçəngi noyabr ayında doğulanlar üçün əsas problemdir. Göyərmə və xəsarətlər dekabr ayında anadan olanlar üçün xarakterikdir.

Eyni zamanda, aparıcı bu məlumatların sadəcə statistik fakt olduğunu vurğulayıb.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm