ABŞ bu vaksinin istifadəsinə yenidən icazə verdi
Bizi izləyin

Sağlamlıq

ABŞ bu vaksinin istifadəsinə yenidən icazə verdi

Birləşmiş Ştatların Xəstəliklərə Nəzarət Mərkəzi yeni növ koronavirusun qarşısının alınmasında tövsiyə olunan "Johnson&Johnson" vaksininin yenidən istifadəsinə icazə verib.

Publika.az "Anadolu Ajansı"na istinadla xəbər verir ki, adıçəkilən mərkəzin 10 əməkdaşı vaksinin təkrar istifadəsinin lehinə, 4 nəfər isə əleyhinə olub. Araşdırmalardan sonra peyvəndin insan həyatı üçün riskli olmadığı ortaya çıxıb.

Qeyd edək ki, "Johnson&Johnson"un istifadəsinə aprelin 13-də qadağa qoyulmuşdu. Buna səbəb kimi vaksin vurduranların vəziyyətinin sonradan pisləşməsi göstərilmişdi.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm