Məşhur həkimdən MÜJDƏ: Daha uzunömürlü peyvənd gəlir
Bizi izləyin

Sağlamlıq

Məşhur həkimdən MÜJDƏ: Daha uzunömürlü peyvənd gəlir

“BioNTech”in həmtəsisçisi və CEO-su, professor Uğur Şahin “Financial Times” konfransında verdiyi açıqlamada koronavirus peyvəndi ilə bağlı müjdə verib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, professor COVID-19 peyvəndinin başqa bir versiyasına təsdiq almaq üçün gözlədiklərini vurğulayıb. Ekspertin sözlərinə görə, peyvənd soyuducuda 2-8 dərəcə temperaturda 6 aya qədər saxlanıla bilər:

“İlk peyvəndlərin 80 dərəcədə saxlanması və daşınması lazım idi. Hələlik təsdiqlənməyən başqa bir peyvənd formulumuz var. Bu peyvəndlər təsdiq olunarsa, 2-8 dərəcədə də saxlanıla bilər”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm