Sağlamlıq
Bu, bəşəriyyətin ən böyük elmi nailiyyətidir - Qeyts

“Microsoft” korporasiyasının qurucusu Bill Qeyts peyvəndləri bəşəriyyətin ən böyük elmi nailiyyəti hesab edir.
Publika.az xəbər verir ki, milyarder “Handelsblatt” qəzetinə verdiyi müsahibədə tarixdəki ən vacib yeniliklər haqqında sualı cavablandırarkən insanların bir çox xəstəliklərin öhdəsindən gəlməsinə imkan verən peyvəndlərin əhəmiyyətini qeyd edib. Milyarderin sözlərinə görə, keçən il koronavirusla əlaqəli çətinlikləri nəzərə alsaq, peyvəndlər bütün insanlığın nailiyyəti hesab oluna bilər:
“COVID-19 peyvəndləri bizə bu il pandemiyanı aşacağımıza dair böyük ümidlər verdi. Elm adamları hər hansı bir xəstəliyin qarşısını almaq üçün heç vaxt belə qısa müddətdə təsirli dərmanlar hazırlamayıblar”.
Xatırladaq ki, Bill Qeyts koronavirus pandemiyası ilə bağlı yaranmış məhdudiyyətlərin 2022-ci ildən tez başa çatmayacağını bildirmişdi.
Aytən Məftun

-
Qoroskop00:15
Günün ULDUZ FALI: Problemlərdən qurtulmaq, yeni dost tapmaq şansları var
-
Nida Xəbər 29 Sentyabr 23:20
XİN-dən Almaniyaya: Dağlıq Qarabağ deyil, Qarabağdır!
-
İdman29 Sentyabr 22:06
"Qarabağ" "Sumqayıt"ı darmadağın etdi
-
Nida Xəbər 29 Sentyabr 21:33
Ajda Pekkan Qənirə Paşayevadan yazdı - FOTO
-
MDB29 Sentyabr 19:19
Putin orduya çağırışla bağlı fərman imzaladı
-
Nida Xəbər 29 Sentyabr 18:56
Hakan Fidan Azərbaycan xalqına başsağlığı verdi
-
Nida Xəbər 29 Sentyabr 18:38
Qarabağda müsadirə edilmiş silah-sursatın son siyahısı
-
Nida Xəbər 29 Sentyabr 18:27
Azərbaycan rəsmisi Xankəndidən şəklini paylaşdı - FOTO