Sağlamlıq
Bu, xərçəng riskini artırır
Hər gün 350 milliqram şəkərli qida istehlak edən qadınlarda bağırsaq xərçəngi riski 32% artır.
Publika.az xəbər verir ki, bu barədə türkiyəli professor Ebru Karcı danışıb.
E.Karcı piylənmə səbəbilə qan şəkəri səviyyəsinin xərçəng riskini artırdığına diqqət çəkib: "Qadınlarda piylənmə ilə əlaqədar araşdırmalar daha güclü məlumatlar əldə etməyimizə kömək oldu. Əslində, bu, yağ toxuması ilə əlaqəli bir vəziyyətdir. Bunlar yağ toxumasında olan artımın bəzi insanlara təsir etdiyini göstərən məlumatlardır ki, qadınlarda estrogen hormonunun artması ilə xərçəng riski də artır".
Professor qeyd edib ki, 50 yaşdan yuxarı insanlarda obezlik xəstəliyi və ya genetik meyilli xərçəng növü daha çox görülür. Onun sözlərinə görə, qlükoza zamanla bədəndə yığılan bir maddədir və mədəaltı vəzi stimullaşdıraraq insulin ifrazına səbəb olur. Bu da piylənməni artırır.
Bütün bu hallar xərçəng olma ehtimalına təsir edir.
İşlənmiş şəkərli qidaların xərçəng riskini artırdığını da qeyd edən Ebru Karcı bildirib ki, meyvədən götürülən şəkər xaricində tərkibində digər şəkər olan qidalar təhlükəli hesab olunur: "Bu qidalar həm obezliyi, həm də bədənin bəzi xərçəng mexanizmlərini işə salır. Ağ çörək əvəzinə kəpəkli çörək yeməliyik. İşlənmiş qidalardan uzaq olmalıyıq. Bu risk ciddidir. Yağ ehtiva edən qidaların istehlakı sağlamlığımıza zərər verir. Hər gün 45 dəqiqə yavaş templə gəzməliyik. Zərurət yaranarsa, həyat tərzimizi dəyişdirməliyik. Beləliklə, xərçəng riskini azaldarıq. Siqaret və alkoqol da xərçəng olma ehtimalını əhəmiyyətli dərəcədə artırır, buna görə onlardan uzaq durmalıyıq", - professor əlavə edib.
-
Sosial20:24
Şahmar Hüseynova yeni VƏZİFƏ VERİLDİ - FOTO
-
Maraq dünyası20:15
"Tarqovı"da çiy ətdən libas geyinən qızdan QƏRİBƏ HƏRƏKƏTLƏR - VİDEO
-
Art19:36
Azərbaycan və Türkiyə birgə film çəkəcəklər - ADI AÇIQLANDI
-
Elm və təhsil19:12
Emin Əmrullayev ona VƏZİFƏ VERDİ
-
Kriminal18:12
Tulin Ələkbərovanın sevgilisi tərəfindən döyülməsi faktı araşdırıldı: nəticə... - VİDEO
-
Kriminal17:32
Faciəvi şəkildə ölən tələbənin ailəsi məhkəməyə getməkdən imtina etdi - FOTO
-
Nida Təhlil 17:11
İrəvan “Krokus”la bağlı bəyanatı rədd etdi: Kreml necə cəzalandıracaq?
-
Sosial16:58
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi