Sağlamlıq
Peyvənd virusun bütün növlərinə qarşı immunitet yaradır?
Koronavirus peyvəndi virusun bütün növlərinə qarşı immunitet yarada bilər.
Publika.az xəbər verir ki, bu barədə “Vektor” Elmi Mərkəzinin Yekaterinburq Virus İnfeksiyaları İnstitutunun rəhbəri Aleksandr Semyonov danışıb.
“Xəstələndikdən sonra təbii olaraq formalaşmış immunitet təəssüf ki, peyvənddən yaxşı deyil. Virus dəyişir. Bir insan məsələn, virusun klassik Uhan variantına yoluxubsa, Britaniya ştammı və ya başqa bir növə yoluxa, yenidən asanlıqla xəstələnə bilər. Peyvənd elə hazırlanıb ki, immuniteti bütün viruslara xas olan ümumi yerləri “vurmağı” öyrədir”, - virusoloq izah edib.
Mütəxəssis koronavirusun və ştammlarının dəyişkənliyinin elm adamları və həkimlər tərəfindən aktiv şəkildə izlənildiyini qeyd edib. Buna görə, vaksindən sonrakı immunitetin yox olma ehtimalı barədə narahat olmağa dəyməz.
Semyonovun sözlərinə görə, tədqiqatçılar on illərdir sınaqdan keçmiş sovet vaksinlərinin inkişaflarını dəyişdirib. Bu, son məhsula daha çox güvənməyə imkan verir. Ancaq vaksin maska taxma ehtiyacını aradan qaldıra bilməz:
“Məsələn, koronavirusa yoluxmuş bir insanı öpdünüzsə, bir müddət COVID-19 patogenini ətraf mühitə ötürəcəksiniz. Bəli, özünüz çox güman ki, xəstələnməyəcəksiniz, ancaq başqalarını yoluxdura bilərsiniz. Düşünməlisiniz. Yalnız özünüz haqqında deyil, başqaları haqqında da”.
Aytən Məftun
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR